Cənub bölgəsində niyə gündəlik ev tapmaq olmur?
Turist axınının çox olduğu Cənub bölgəsində gündəlik ev tapmaq bir problemə çevrilib. Lənkəran, Astara rayonlarına səfər edən qonaqlar əsasən dəniz kənarında “günlük” evlərdə qalmağa üstünlük verirlər ki, onlar da ya çətinliklə bir ev tapırlar, ya da tapdıqları evin qiyməti şişirdilmiş olur. Maklerlər problemin mövsümlə bağlı olduğunu deyirlər. Qiymətlərə gəlincə isə qiymətlərin şişirdilmiş deyil, sadəcə evlərin yerlərinə və nəfərə görə dəyişdiyini bildirirlər. Qeyd edək ki, hazırda bölgədə isti hava şəraiti hökm sürür. Lənkəran və Astaraya üz tutan qonaqlar əsasən dəniz kənarındakı evlərə, otellərə üstünlük verirlər. “Günlük” evlər və otellərin qiymətləri yalnız evin şəraitinə və qonaqların sayına görə yox, eləcə də dənizə qədər olan məsafəyə, meşəlik, dağlıq ərazidə yerləşməsinə, çaya yaxın olub-olmamasına görə də dəyişir. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran, Astara
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi