Cəlilabadlı fermerlər çiyələyi torpaqsız mühitdə əkib-becərirlər
Bu il Cəllilabad rayonunda çiyələyi yeni üsulla əkib - becəriblər.
Bu üsula əsasən torpaqsız becərilən çiyələk daha tez əmələ gəlir və yığımı daha təmiz başa gəlir.
İstixana şəraitində yetişdirilən məhsul yüksək tipli texnologiya ilə suvarılıb, gübrələnir. İndi çiyələk yetişdiriciliyində daha az əl əməyindən istifadə edilir.
Məhsul daxili bazarın tələbatı ödənildikdən sonra, Rusiya, Qazaxıstan, digər qonşu ölkələrə və bu ildən ilk dəfə olaraq Ərəb dövlətlərinə ixrac olunacaq.
Əksər fermerlər çiyələyin “Murano” sortuna üstünlük verirlər. İtaliyadan gətirilən şitillər respublikamızda artırılır. Bu sortun üstünlüyü ondadır ki, bu sort uzaq məsafələrə daşınmağa dözümlüdür.
Qeyd edək ki, Cəlilabadda çiyələk əkini ilə 3000-dən artıq fermer məşğul olur. Hazırda qiymət sortlardan, keyfiyyətdən asılı olaraq, 2 manat, 2 manat 50 qəpik arasında dəyişir.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər