Cəlilabadda ziyarətgah ərazisində yerləşən məscid yandı
Cəlilabad rayonunun Dələli kəndində məscid yanıb.
Məcidin 5 otağı tamamilə yanıb. Alov söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
İlkin ehtimala görə yanğın, məsciddəki elektrik xətlərindəki nasazlıqdan qaynaqlanıb.
Yanğın zamanı məsciddə olan avadanlıqlar sıradan çıxıb. Hadisə zamanı məsciddə heç kim olmadığından, xəsarət alan olmayıb. Yanan məscid və ziyarətgah ərazisi kənd sakini Mürvət Nəzərova məxsusdur.
Yanğının baş verən ərazi el arasında “Üç qəbir” piri kimi tanınır. Ziyarətgah ərazisində 1959-cu ildə qədim qəbirlər aşkarlanıb. Dini - tarixi abidə kimi rəsmi qeydə alınıb. Bundan sonra bura müqəddəs yer kimi məşhurlaşıb.
Qeyd edək ki, yanan məscid də bu ziyarət kompleksinə daxildir.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Cəlilabad
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər