Cəlilabadda torpaq qəbir aşkar olundu
Cəlilabadda aparılan arxeoloji qazıntılar zamanı torpaq qəbir aşkar olunub. APA TV – nin cənub bürosunun verdiyi məlumata görə arxeoloji qazıntılar, Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılıb. Tapılan skeletin kəllə sümüyü dağılsa da, qalın sümüklər yaxşı vəziyyətdə qalıb. Həmən sümüklər yığılaraq, tədqiq olunması və araşdırılması üçün antropoloqlara təhvil veriləcək. Ərazidə xüsusi ilə atın əhliləşdirilməsinə dair nümunələrin aşkarlanması tariximizdə ikinci analoji tapıntı hesab olunur. Yerin 87 sm dərinliyində isə Neolit dövrünə aid çoxsaylı maddi mədəniyyət nümunələri aşkar edilib. Mütəxəssislər düşünür ki, ərazidəki qazıntı işlərini bir qədər də dərinləşdirsələr, Azərbaycan tarixi üçün əhəmiyyətli tapıntılara rast gəlinə bilər. Qeyd edək ki, ilk belə nümunələr Cəlilabad rayonunun “Əliköməktəpə” yaşayış məskənində aşkar edilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."