Cəlilabadda silsilə oğurluqlar törədən şəxslər yaxalandı – NARKOTİK DƏ AŞKARLANIB
Cəlilabadda silsilə oğurluqlar törədən rayon sakinləri saxlanılıb. Saxlanılarkən onlardan birinin üzərindən narkotik vasitə də aşkar edilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Alar kənd sakini Kainat Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 3 qrama yaxın heroin aşkarlanıb.
Onun həmkəndlisi Seymur Hüseynovla birlikdə rayonun Alar və Günəşli kəndlərində ayrı-ayrı vaxtlarda gizli yolla daxil olduqları 6 yaşayış evindən ümumilikdə 7700 manat dəyərində pul və qızıl zinət əşyaları oğurladıqları müəyyən olunub.
Saxlanılan Seymur Hüseynov etdikləri əməli etiraf edib: “Yanvar ayından bu günə kimi 6 dənə evə girmişik. Onun 4 Alar kəndində olub 2 günəşli kəndində gecə vaxtları girirdik evlərə”.
Keçirilən əməliyyat nəticəsində Seymur Hüseynov da saxlanılıb və hər iki şəxs istintaqa təhvil verilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə Kainat Əliyevə narkotik vasitəni satan şəxs, Cəlilabad şəhər sakini Elməddin Quliyev də müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi