Cəlilabadda polis əməliyyatı: narkotik alverçisi ələ keçdi
Cəlilabad polisi rayon ərazisində narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb.
APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, saxlanılan rayon sakini Orxan Vəkilzadənin üzərinə baxış keçirilərkən heroin aşkar olunub.
Daha sonra onun rayondakı evinin həyətindəki saxlanc yerindən 3 ədəd bağlamada gizlətdiyi 4 kiloqram 0,7 qram heroin və 1 ədəd elektron tərəzi götürülüb.
O.Vəkilzadə narkotiki tanımadığı İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
17:47
359
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
260
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
258
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
790
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
758
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
776