Cəlilabadda orta əsrlərə aid qala tarixin yaddaşından silinə bilər
Cəlilabadda orta əsrlərə aid olduğu deyilən böyük Qala kompleksinin qalıqları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Buna səbəb tarixi tiklinin qalıqlarının yerləşdiyi ərazinin bir hissəsində torpaq sürüşməsinin yaranmasıdır. Son yağıntılardan sonra əmələ gələn sürüşmə hazırda da aktivdir. Sürüşmə əsasən qalanın Şimal-Qərb hissəsində baş verib. Mütəxəssislər sürüşmənin bu şəkildə davam edəcəyi təqdirdə, abidənin qısa zamanda qismən və ya tamamilə məhv olmasına səbəb ola biləcəyini deyirlər.
Sürüşmə baş verən ərazidə qalanın tarixi ilə bağlı maraqlı maddi nümunələr də üzə çıxıb. Mövcud vəziyyətlə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə dövlət xidmətinə məlumat verilib.
Qeyd edək ki, tarixi mənbələrdə “Qazan Kökü” kimi tanınan tiklinin orta əsrlərdə Qazan xanın yay iqamətgahı olması ilə bağlı məlumatlara rast gəlinir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib