Cəlilabadda oğru dəstəsi ələ keçdi - POLİS ƏMƏLİYYATI


Cəlilabadda oğurluq edilib.

APA TV-nin cənub bürosunun məlumatına görə, ailəsi ilə birgə Rusiyada yaşayan rayonun Qarazəncir kənd sakininin evindən oğurluq edilib.

Bu barədə polisə həmin evin sahibinin qardaşı məlumat verib. Vaqif Zeynalov adlı şəxsin evindən 1700 manat dəyərində bir ədəd noutbuk, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd antena oğurlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin kənd sakinləri Elvin Mehdizadə və Asif Ağayev saxlanılıb. Onlardan mənzildən oğurladıqları noutbuk maddi sübut kimi götürülüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR