Cəlilabadda dəfn mərasimində iştirak edən koronavirus xəstəsi aşkarlanıb
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən, amma buna baxmayaraq yaşayış yerini tərk edən daha bir aktiv müəyyən edilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad şəhər sakini Emin Verdiyevin COVID-19 virusunun daşıyıcısı olduğunu bildiyi halda tanışının dəfn mərasimində iştirak etdiyi məlum olub.
Karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etməmək barədə dəfələrlə edilən xəbərdarlıqlara riayət etməyən və bununla da virusun daha çox yayılmasına şərait yaradan həmin şəxsin bu əməli polis əməkdaşları tərəfindən aşkarlanıb və o, tibbi proseduralar gözlənilməklə yaşadığı evə qaytarıb.
Emin Verdiyevin barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Cəlilabad
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?