Cəlilabadda ağır qəza baş verdi
Cəlilabadda avtomobil qəzası olub.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən, "Kamaz" markalı yük avtomobilini aparan “İsuzu” markalı evakuatora çırpılıb. Əraziyə FHN - nin xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən - xilasediciləri köməyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində avtomobildən sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri 70 yaşlı Məcid Talıbov, 30 yaşlı Vüsalə Talıbova, 12 yaşlı Məcid Talıbov və 14 yaşlı Yusif Talıbov xəsarət alıblar. 68 yaşlı Zümrüd Talıbova isə vəfat edib.
Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Cəlilabad
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."