Cəlilabadda 25 yaşlı gənci cərəyan vurub öldürdü

Cəlilabadda 25 yaşlı gənci elektrik cərəyanı vurub. APA TV-nin cənub bürosunun xəbərinə görə, bədbəxt hadisə rayonun "İran bazarı" kimi tanınan ticarət mərkəzində baş verib. Bazardakı dükanların dam örtüyünü dəyişən ustaya kömək edən rayon sakini, 1994-cü il təvəllüdlü Mürtəza Həsənoğlu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə o, yerindəcə keçinib. 25 yaşlı gəncin meyiti daxili və xarici müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR