Cəbrayılda və Zəngilanda xidmət edən hərbçilərə bağlamalar çatdırılıb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyasını davam etdirir.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, aksiya çərçivəsində bu gün Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərində hərbi xidmətini davam etdirən əsgər və zabit heyəti üçün müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar çatdırılıb.
Hərbi hissədə xidmət edənlərin əksəriyyəti Füzulidən Şuşaya qədər döyüşlərdə iştirak edən hərbçilərdir. Onların arasında könüllülər də var.
“Bravo”nun əməkdaşları bağlamaları hərbçilərə çatdırıb, həmçinin onların istəklərini qeydə alıblar.
Hərbçilər onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və “Bravo” supermarketlər şəbəkəsinə minnətdarlıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?