Cəbhəyanı kənd sakinləri, koronavirusdan qorunmaq üçün çağırışlar edib
Ağdamın cəbhəyanı kənd sakinləri, koronavirusdan qorunmaq üçün insanları evdə qalmağa çağırıb. Kənd sakinləri insanları karantin rejiminə əməl etmək üçün bu cür çağırışlar etməyi vacib hesab etdiklərini deyirlər.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, müharibə şəraitində yaşayan bir qrup şəxslər cəbhəyanı yaşayış məskənlərinə gedən yol kənarlarına və kənd daxili yolların kənarlarına bildirişlər asıblar.
Əsasən insanların sıx toplaşdığı və ya ən çox hərəkət etdiyi ərazilərə “evdə qal, sağlam ol !”, “Evinə dön, ailəni qoru !”, “Laqeyd olma” və 65 yaş üzəri sakinlərə də çağırış ediblər. Kənd sakinləri bu kimi çağrışların karantin rejimi bitənə qədər davam edəcəyinin vacib olduğunu hesab edirlər.
OXŞAR XƏBƏRLƏR
16:28
747
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
875
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2872
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2333
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2325
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1508