Cəbhəyanı ərazilərdə əhaliyə dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb
Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərini ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın siyahıya alınmasına başlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan Dövlət Komissiyası Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam olunublar.
Ağdam rayonu üzrə işçi qrupun rəhbəri Dövlət Vergi Xidməti rəisinin müşaviri Taryel Quliyev APA TV-yə bildirib ki, erməni hərbçilərinin Azərbaycanın yaşayış məntəqələrinə hərbi təcavüzü nəticəsində ziyan çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin sayılmasına başlanılıb, eyni zamanda dəymiş ziyan qiymətləndirilir və vəziyyəti öyrənilir.
Müvafiq qiymətləndirmə işləri başa çatdıqdan sonra təmir-bərpa işlərinə başlanılacaq.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”