Cəbhədə silah səsləri susmur - DÜŞMƏN MİNAATANLARLA ATƏŞKƏSİ POZDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və müxtəlif çaplı minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
APA TV-nin Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.
OXŞAR XƏBƏRLƏR
16:28
233
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
344
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2380
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2282
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2273
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1464