Cəbhədə erməni təxribatının qarşısı alındı – BİR DÜŞMƏN ƏSGƏRİ MƏHV EDİLDİ
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.
Azərbaycan Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib.
Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır. Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
OXŞAR XƏBƏRLƏR
17:21
242
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
243
Növbəti köç karvanları yola salınıb
13:38
377
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
861
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
994
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2904