Cəbhədə atışmalar səngimir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.
OXŞAR XƏBƏRLƏR
17:47
1215
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1091
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1087
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
916
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
877
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
891