Cəbhəboyu zonada hərbi şəhərciklər və obyektlər tikilir
Müdafiə naziri general-polkovnik Zakir Həsənov, və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olub.
APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumata görə, bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaq.
Hərbi şəhərciklərdə qərargahlar, hərbi qulluqçular üçün xidməti mənzillər, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğular inşa ediləcək. Eyni zamanda burada hərbi polisin xidməti fəaliyyətinin təşkili üçün otaqlar, müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, hamam-camaşırxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektlərinin tikilməsi də nəzərdə tutulub.
Müdafiə naziri işlərin gedişi bağlı müvafiq tapşırıqlar verib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək