Çayxanada silahlı insident
Şəmkirdə silahlı insident yaşanıb.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiştəpə kəndində çay evlərinin birində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Naiməddin Bağıyev həmkəndliləri 1994-cü il təvəllüdlü Elmir Nağıyev və onun qardaşı ilə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman Elmir Nağıyev yaşadığı evdən ov tüfəngini gətirərək atəş açıb. Lakin güllə mübahisə edən şəxslərə yox, yaxınlıqda olan avtomobilə dəyib.
İlkin məlumata görə hadisə baş verən zaman tərəflər sərxoş vəziyyətdə olub. Faktla bağlı cinayət işi başlanıb istintaq tədbrləri davam etdirilir.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Şəmkir
OXŞAR XƏBƏRLƏR
17:12
698
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
777
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
731
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1722
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
2022
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1273