Cavid Qurbanov: “Bakı-Sumqayıt qatarındakı sıxlıq...”
“Günün pik saatlarında Bakı-Sumqayıt qatarında sərnişin sıxlığının aradan qaldırılması üçün xəttə yeni elektrik qatarı buraxılacaq”.
APA TV-nin məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, Belarus hökuməti ilə yeni qatarların alınması və yola salınması barədə hazırlıqlar görülür. Bir neçə gündən sonra ölkəmizə gətiriləcək yeni qatarlar dekabr ayının 5-də Bakı-Sumqayıt dəmir yol xəttində hərəkət edəcək.
Cavid Qurbanov Bakı dairəvi dəmir yolundakı vəziyyət barədə də danışıb:
“Sözügedən dəmir yolunun Pirşağı qəsəbəsinədək olan hissəsi artıq istifadəyə verilib. Yolun növbəti 18 kilometrlik hissəsində isə hələ işlər davam etdirilir. Bakı dairəvi dəmir yolunun 2020-ci ilin yanvar ayının sonunadək tam hazır olacağı gözlənilir".
Qeyd edək ki, istifadəyə verilən Pirşağı stansiyasından başqa Bakı dairəvi dəmir yolu üzərində bir neçə stansiyasının tikilməsi də nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək