Canavarlar kəndə hücum edərək heyvanları parçaladı – OĞUZDA
Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.
APA TV-nin məlumatına görə, hadisə gecə saatlarında rayonun Bayan kəndində qeydə alınıb.
Kəndə hücum edən canavarlar kənd sakini Rəşid Baba oğu Babayevin yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib. Canavarlar tövlədə olan 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib, heyvanlardan 10-u tələf olub.
Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.
Canavarların parçaladığı heyvanlar bu gün səhər saatlarında kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.
OXŞAR XƏBƏRLƏR
13:54
549
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
554
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
1712
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1447
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1868
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1038