Camışı vuran maşının sərnişini öldü - SÜRÜCÜ YARALIDIR
Astarada avtomobil yola çıxan heyvanı vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Şahağacı kəndi ərazisində qeydə alınıb.
44 yaşlı Lənkəran şəhər sakini Zaur Hacıyev idarə etdiyi “LADA Priora" markalı avtomobillə qarşısına çıxan camışı vurub.
Nəticədə avtomobildəki sərnişin - 36 yaşlı Masallı rayon sakini Cavid Aslanov hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Sürücünün də vəziyyəti ağırdır. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
132
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
139
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
137
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
882
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
887
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
886