Camaat evini satıb, qaçırdı, şükür bu günə - Ucarlılar sevinir
Ötən il bərbad vəziyyətdə olan yollarla bağlı çəkiliş apardığımız Ucar rayonunun bir neçə küçə və məhəllədaxili yollarına asfalt örtüyü döşənir.
Sakinlərin sözlərinə görə, ötən illərdə yayda tozdan, qışda isə palçıqdan küçəyə çıxa bilməyiblər. Uşaqların yolların vəziyyətinə görə təhsildə davamiyyəti azalıb. Hətta bəzi sakinlər bu durumdan boğaza yığılıb evlərini satıb başqa ərazilərə köçüblər.
Artıq rayonun Vəsilə Zahidova küçəsində işlər yekunlaşıb, "Azərbaycan" küçəsində isə yekunlaşmaq üzrədir.
Podratçı şirkətin nümayəndəsi bildirdi ki, Ucar rayonunun 9 küçəsində- Azərbaycan, Tofiq Nağıyev, Oğuz, Babək, Allahverdi Ələkbərov, Ağamusa Abdullayev, Əlsaab Babayev, Məmmədəmin Rasulzadə və Vəsilə Zahidova küçələrində ümumilikdə 22000 kvadratmetr yola dövlət proqramı çərçivəsində asfalt örtüyü döşənəcək. İşlərin bu ayın sonuna kimi yekunlaşacağı planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama