Cahangir Əsgərov: Azərbaycanda "İran Air" aviareyslərinə məhdudiyyət tətbiq olunmayacaq
"Buta Airways" aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
APA TV-nin xəbərinə görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, aşağı büdcəli "Buta Airways" aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirilir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.
AZAL prezidenti Cahangir Əsgərov deyib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında "İran Air" aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər də görüləcək.
OXŞAR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb