Bütün kəndi taladılar, Xocalı polisindən qaça bilmədilər
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində müxtəlif vaxtlarda Goranboy rayonun Meşəli kənd sakinlərinə məxsus mal-qara və atları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini Arzu Məhərrəmov Xocalı rayon sakini İlkin Abışov ilə birlikdə ümumilikdə 18 şəxsə məxsus 15 baş mal-qaranı və 22 atı müxtəlif vaxtlarda kənd ərazisindən oğurlayaraq respublikanın digər rayonlarına apararaq satıb. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 10 vətəndaşa dəymiş ziyan ödətdirilib.
Şübhəli şəxslərin digər anoloji cinayətlər törətməsi istisna olunmadığından zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib