Bu xəstəliklərdən əziyyət çəkənlər sosial müavinət ala biləcək
Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
APA TV xəbər verir ki, qanun layihəsi onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və əmək pensiyası almaq hüququnu müəyyənləşdirir.
Dəyişikliyə əsasən, “Onkoloji yardım haqqında” Qanunun onkoloji xəstələrin sosial müdafiəsinə dair 9-cu maddəsi və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun bu xəstəliyə tutulmuş şəxslərin sosial müdafiəsinə dair 9-cu maddəsi yeni redaksiyada veriləcək.
Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ