Bu uşağın hazırladığı maketlər görənləri heyran qoyur
Zakir Məmmədli altıncı sinif şagirdidir. Zakir Ağdamın Hacıməmmədli kəndində doğulub. Necə deyərlər, müharibə - cəbhə uşağıdır... Onun öz qeyri-adi bacarığını kəşf etməsinə səbəb də elə müharibə olub. Balaca qəhrəmanımız kartonlardan hərbi texnikaların maketlərini hazırlayır. O texnikaları ki, ilk dəfə Vətən müharibəsində öz kəndlərində görüb. O deyir ki, həmin vaxtlar kəndlərində çoxlu hərbi texnika görüb: “Bizim igid əsgərlərimiz zəfərə irəlilədikcə məndə ruh yarandı ki, hərbi texnikalar düzəldim. Bəli, kəndimizə çoxlu hərbi texnikalar daxil olmuşdu. Onlar hərəkət edərkən görmüşdüm. Tank görmüşdüm, BMP-ni görmüşdüm, sonra vertolyot getmişdi bir dəfə.”
Bəli, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla savaşan Azərbaycan ordusu balaca Zakirə İlham qaynağı olub. Xüsusi diqqətlə hazırladığı maketlərdən biri də mina maketləridir. İndi o, hərbi texnikalarla yaxından tanış olmaq istəyir: “Bəzi adamlar gedib yuxarıda inək otarırdı. Orda val var idi. Valın o üzü mina idi. Orda şəklin çəkib telefonda gətirmişdilər baxmışdım. Fikirləşirəm ki, gələcəkdə böyüyəndə hərbi texnikanın gerçəyini görüm.”
Zakir deyir ki, ən böyük arzusu polis olmaq olub. Ancaq müharibə zamanı gördüyü silahlar, hərbi texnikalar, sonda qazanılan zəfər onun arzularını dəyişib. İndi, o, bütün gücü ilə özünü gələcəyin hərbi texnikalar mühəndisi olmağa hazırlayır.
Habil Aslanoğlu, Ziya İsmayıloğlu, APA TV, Ağdam
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib