Bu telefon “kabura”larını almayın...
Gördüyünüz kimi vətəndaşların çoxu əllərində daşıdıqları bu təhlükədən xəbərsizdir. Yəqin bu süjeti izləyəndə çoxunuz düşünəcək ki, daha ciddi problemlərimiz var ikən telefon qabının dərdini çəkəcəyik? Amma əslində elə deyil. Bizə əhəmiyyətsiz görünən bu xırda material orqanizmimizdə fəsadlara yol aça bilər. Bəs plastik qoburları alan zaman dərimizin daha az zərər görməsi üçün nələrə diqqət etməliyik? Plastik qoburların ziyanı sadəcə tərkibinin zərərli maddələrdən ibarət olması ilə bitmir. Telefonumuza taxdığımız , aylarla təmizləmədiyimiz üzlüklərə yığılan bakteriyalar da xəstəliyimizə yazılan dəvətnamədir. Xülasə . Bütün problemlərimiz bitdi, qaldı telefonun qoburu deməkdənsə gözdən qaçırdığımız kiçik nüansların bizə böyük yaratmaq ehtimalını nəzərdən qaçırmayaq. Plastik qoburları alarkən üzərindəki barkodlara diqqət edək. Çünki bəzi qoburlar həm dərimizə, həm də cibimizə ziyan vurur.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi