Bu şəxslər ağac kəsərlərsə, həbs ediləcəklər
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov çıxış ediblər.
Hikmət Əlizadə ekoloji qanun pozuntuları ilə bağlı ümumilikdə 10 024 akt, 2 112 protokol tərtib olunduğunu diqqətə çatdırıb.
Xalıqverdi Hüseynov isə işğaldan azad edilmiş ərazilərdə tinglərin əkildiyini bildirib.
Onun sözlərinə görə, Cəbrayıl rayonu ərazisində Türkiyə ilə birgə tinglik sahəsinin salınması üzrə işlər aparılır, bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 42 hektar sahədə 40 minə qədər ting əkilib. Konfransda bildirilib ki, Ağacların qanunsuz kəsilməsinə görə cərimələr 4-5 dəfə artırılacaq. Belə ki, yeni təkliflərə görə vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq. Hüquqi şəxslərə isə 8-12 diametrdə ağacın kəsilməsinə görə həbs cəzası belə verilə bilər.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb