Bu sənədsiz evlər sənədləşdirilir
Paytaxtda və digər şəhərlərdə mənzillərin böyük bir qisminin mülkiyyət sənədləri hələ də yoxdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı keçirilən səyyar xidmətlər vətəndaşların yaşadıqları ünvanlarda davam etdirilir.
Növbəti belə tədbir Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 130 ünvanında yerləşən 2 çoxmənzilli yaşayış binasını əhatə edib. Yaşayış komplekslərində mövcud olan 132 mənzilin sahiblərindən ilkin hüquqmüəyyənedici sənədlər qəbul olunub.
Qeyd edək ki, səyyar qəbul günü mobil ofislərə müraciət edə bilməyən sakinlər çıxarış əldə etmək üçün sənədlərini ərazi qeydiyyat idarəsinə və ya “ASAN xidmət” mərkəzlərinə təqdim edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
16:23
167
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
191
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
16:21
167
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
17:19
1101
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
1059
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
1047