Bu şəhərdə valideynlər uşaqları məktəbə qoymur, dərsə siçanlar gedir
Çatlamış divarlar, sınıq qapı-pəncərələr, döşəmə, soyuq otaqlar, şagirdlərlə birlikdə dərsə qulaq asan siçanlar və daha nələr, nələr…
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı şəhər 6 nömrəli tam orta məktəbin binasının vəziyyətini ancaq bu cümlə ilə ifadə etmək olar. 350 şagird yerlik məktəb binasının bərbad vəziyyətdə olması ildən ilə şagird sayının azalmasına gətirib çıxarıb.
Bu bir acınacaqlı vəziyyətin nə qədər davam edəcəyini aidiyyəti üzrə maraqlandıq.
Məktəb Aprel döyüşlərində və Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən şəhidimiz, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Ramiz Cəfərovun adını daşıyır. Hazırda məktəbdə 295 şagirdə 32 müəllim dərs deyir. İndi şagirdlərin də, müəllimlərin də arzusu odur ki, məktəb binası tezliklə təmir olunsun.
Tural Kərimov
Rövşən Əzimov
APA TV, Masallı
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir