Bu şəhərdə şimaldan bir, cənubdan iki mərtəbəli olan məscid var
Naxçıvanın Ordubad şəhəri orta əsrlərə aid "Sərşəhər məscidi", "Qeysəriyyə", "Cümə məscidi", "Mingis məscidi" kimi tarixi abidələri ilə məşhurdur. Rayonun tarixi küçələrinin hər birində demək olar ki, məscidlərə rast gəlmək mümkündür. Dəqiq inşa tarixi məlum olmayan ibadət evlərindən biri də rayonunun Mingis küçəsində yerləşən “Mingis məscidi”dir.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyasında buranın tarixi hicri-qəməri təqvimi ilə 188-ci (804) ilə aid edilir. Məscidin giriş qapısında lövhə üzərindəki kitabədən aydın olur ki, məscid hicri-qəməri təqvimi ilə 1088-ci, miladi təqvimlə 1677-ci ildə sarayda fəaliyyət göstərən katiblərin rəhbəri Əbdülhüseyn Ordubadinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilib.
Bu tarixi məscid Sovet dövründə yandırılaraq dağıdılsa da, 2001-ci ildə rayon sakini Hüseyn Qənbərovun övladları tərəfindən yenidən bərpa etdirilib.
Qeyd edək ki, ibadətgah şimal tərəfdən bir, cənub tərəfdən iki mərtəbəli quruluşa malikdir. Məscidin şimal tərəfdən bir taxta giriş qapısı, cənub tərəfdən dörd böyük, üç balaca pəncərə və iki giriş qapısı var. Tavan bir neçə sütun üzərində dayanır.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib