Bu şəhərdə 24 saat su növbəsinə dayanırlar – Problemi həll edən tapılmır
Bura Xaçmaz rayonunun Xudat şəhərinin 3-cü şöbə adlanan yaşayış massividir. Bu qədər insanı bir bulağın başına toplayan susuzluqdur. Həyat mənbəyi olan suyun yoxluğu burada yaşayışı müşgülə çevirib. Əslində əhalini su ilə təmin etmək üçün bu artezian quyusuna 24 saat da yetmir. Çünki, su o qədər azalıb ki, balaca bir qabın dolması uzun zaman alır. Həm sakinlər, həm də mal-qara su üçün bu 90-cı illərdən qalma və artıq qurumaq üzrə olan arteziana möhtacdır. Məsələ ilə bağlı ilk döydüyümüz qapı Xudat şəhər bələdiyyəsi oldu. Qapısını döysək də, bələdiyyə sədri Elman Allahyarovu iş başında tapmadıq. Telefonla əlaqə saxladıq. Sədr bələdiyyənin artezian quyularına baxmadığını, özünün isə, jurnalistlərə ayıracaq vaxtının olmadığını bildirdi. Telefonu üzümüzə qapadan Elman Allahyarovla daha sonra əlaqə saxlamaq mümkün olmadı. Elə Xaçmaz rayon icra hakimiyyətində də telefonları qaldırıb sakinlərin su dərdinə nə zaman əlac olunacağını deyən olmadı. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığımız sorğuya cavab olaraq isə, bildirildi ki, adıçəkilən qurum həmin əraziyə xidmət göstərmir, artezian onların balansında deyil. Qeyd edək ki, sözügedən artezian quyusu 90-cı illərdən bu günə qədər əhalini içməli su ilə təmin edib. Hazırda isə quyu sakinlərin, sakinlər də quyunun vəziyyətindən xəcalət çəkir.
Cəfər Talıb, APA TV, Xaçmaz
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"