Bu qum haqqında eşidənlər Lənkəran sahillərinə axın edirlər
Dünyada bir neçə ölkə var ki, bu ölkələrin dəniz sahillərində qara quma rast gəlinir. Zəngin təbiəti ilə seçilən Azərbaycanda qara quma əsasən cənub və qismən də qərb rayonlarında rast gəlmək mümkündür. Məhz bu səbəbdən qara qumun faydalarından xəbərdar olan vətəndaşlar yay aylarında Lənkəran sahillərinə axın edirlər. Bəs görəsən qara qumun tərkibi nədən ibarətdir və hansı faydaları var? Qara qumun dünyada yeganə təmiz və şəfalı qum olmasını mütəxəssislər də təsdiqləyir. Mütəxəssis deyir ki, qum vannası qəbul etdikdən sonra, yaxşı olardı dəniz suyundan daha istifadə edilməsin. Bir – iki saat gözləyib duş qəbul etmək daha effektli olur. Yerli sakinlər isə dəniz sahilinə daha çox səhər sübh, günəş çıxan vaxt gəlməyə üstünlük verirlər. Həmin vaxt həm də yod qəbul etmək mümkündür. Bunun da başqa bir xeyri olur. Qeyd edək ki, qara quma Azərbaycandan başqa, Yaponiyada, Gürcüstanın Batumi və Rusiyanın Kamçatka şəhərlərində də rast gəlinir.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi