Bu ölkələrdə güclü zəlzələ: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR
İranda zəlzələ olub, ölənlər var.
APA TV xəbər verir ki, bu barədə İranın Hörmüzqan vilayətinin qubernatoru Mehdi Dousti bildirib.
Onun sözlərinə görə, İranın cənubundakı Bəndər Xamirin şəhərinin Sayeh Xoş kəndində baş verən 6.1 və 6.3 bal gücündə iki zəlzələdə 5 nəfər ölüb, 19 nəfər yaralanıb.
Mehdi Dousti deyib ki, dağıntıların böyük hissəsi zəlzələnin mərkəzinə yaxın olan Sayeh Hoş kəndində baş verib.
İran dövlət televiziyası isə 49 nəfərin yaralandığını açıqlayıb və elektrik kəsilməsi nəticəsində qaranlığa qərq olan Sayeh Xoşda yaşayış binalarının dağıldığını əks etdirən video görüntüləri nümayiş etdirib.
Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın Saxalin regionunda da güclü zəlzələ qeydə alınıb. Rusiya Elmlər Akademiyasının Seysmoloji Xidmətinin məlumatına görə, zəlzələ 331 km dərinlikdə baş verib. Yeraltı təkanların episentri Şimali Kurildən 1191 km məsafədə olub.
Yaponiya ərazisində zəlzələ 5,9 bal gücündə hiss edilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi