Bu kolbasaların tərkibində ət tapılmadı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb. Cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb.
Yoxlamalar nəticəsində məlum olub ki, "Səhliyalı" kiçik müəssisəsinin istehsalı olan yarım hisə verilmiş "Servelat" kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb. Rəhimovların Ailə Təsərrüfatının "Kəndli" kolbasası üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb. "Sevilən Ad" MMC-nin "Dilim-Dilim", “Əsl dad” kolbasalarında təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb. "Mir 2016" MMC-nin "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. "M&T" Ltd firmasının "Sevimli Dad" sosiskasının üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. "Səhliyalı" Kiçik Müəssisəsinin "Sacüstü" halal sosiskanın üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. "Ovçular Ət və Ət Məhsulları" MMC-nin "Külləmə" halal sosiskasının təhlükəsizlik göstəricilərində isə uyğunsuzluq aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib