Bu kəndin adını eşidən üz çevirir
Masallı rayonunun Kubin kəndində yolun bu vəziyyətdə olması sakinlərə müəyyən problemlər yaradır.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, 600 nəfərə yaxın əhalisi olan kənddən keçən Miyankü-Kubin yolunun keçdiyi Türkoba, Hişkədərə, Miyankü və digər kəndlər tam asfaltlanıb. Lakin Kubin kəndinə gedən yolun 2 km-lik hissəsi gediş-gəlişə mane olur. Sakinlərin dediyinə görə, əvvəllər öz vəsaitləri hesabına yolda təmir işləri görüblər. Ancaq son vaxtlar yolun vəziyyəti əvvəlkindən də acınacaqlıdır.
Sakinlər deyir ki, Prezidentin imzaladığı müvafiq sərəncama əsasən Miyankü-Kubin yolunun çəkilişi tamamilə bitməli olub və digər yollar düzəlsə də, Kubin kəndi diqqətdən kənarda qalıb. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə bildirdi ki, mümkün deyil ki, prezidentin sərəncamı yerinə yetirilməsin. Sərəncam üzrə nəzərdə tutulan bütün yollarda işlər tam yekunlaşıb və 2018-ci ildə təhvil verilib.
Həmçinin agentliyin rəsmisi qeyd etdi ki, hər hansı bir anlaşılmazlıq varsa, sakinlər rəsmi şəkildə Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edə bilərlər.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib