Bu kənddə hər bir evin 9 sot həyətyanı torpaq sahəsi olacaq
Ermənilərin xarabalığa çevirdiyi kəndlər, şəhərlər yenidən qurulur. İşğaldan azad olunduqdan sonra mina və quraşdırılmış bombalardan təmizlənən kəndlərdən olan Laçın rayonunun Zabux kəndi yenidən qurulan yurd yerlərimizdəndir. Tikinti işlərinə cəmi 4 aydır start verilib. Yeni kənddə tikinti işləri 81 hektarda aparılır. Hər bir evin 9 sot həyətyanı torpaq sahəsi var. Tikilən 223 evin 53-ü ikiotaqlı, 116-sı üçotaqlı, 28-i dördotaqlı, 26-ı isə beşotaqlıdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərinə səfəri zamanı laçınlı ailələrlə görüşdə zabuxluların da qısa müddətdə öz torpaqlarına qayıdacağını bildirib. Qeyd olunub ki, bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların ixtiyarına veriləcək. Zabux və Sus kəndləri Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilib. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi