Bu kənddə camaat işə gedir, evə qayıda bilmir
Şahbuz rayon Kükü kənd sakinləri kəndə gediş-gəlişin çətinliyindən şikayətçidirlər. Onlar deyir ki, Naxçıvan şəhərində oxuyan və çalışan kənd sakinləri axşamlar evlərinə geri qayıtmaq üçün nəqliyyat tapa bilmir. Sakinlər bildirir ki, axşam saatlarında Naxçıvandan Kükü kəndi istiqamətində avtobus işləmir. İctimai nəqliyyatla bağlı etirazlarını bildirsələr də, şikayətləri hələ də təmin olunmayıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti publik hüquqi şəxsin Müfəttişlik və Təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov bildirdi ki, məsələnin həlli istiqamətində işlər görülür.
Qeyd edək ki, Kükü kəndini Naxçıvana 52 km-lik yol birləşdirir. Hazırda kənddə 1300-dən artıq sakin yaşayır.
OXŞAR XƏBƏRLƏR
19:48
390
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
387
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
363
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
305
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
302
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
310