Bu gündən televiziya kanallarının yayım forması dəyişir
Bu gündən "Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD, yəni yüksək dəqiqlikli formatda yayıma keçir.
APA TV xəbər verir ki, bu, yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir: ”HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir”.
Yerli televiziya kanalları HD formatda "Azerspace-1" peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.
Kanalları HD formata keçirmək üçün video təlimatda göstərilən ardıcılıqla format qurulmalıdır.
Semral Cavad
APA TV
OXŞAR XƏBƏRLƏR
16:29
546
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
543
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1115
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
939
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
892
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1762