Bu gün ilk Qədr gecəsidir
Bu gün Azərbaycanda ilk Qədr (Əhya) gecəsidir.
Bunu APA TV-yə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, bu il ilk Qədr gecəsi mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edir: "İlk Qədr gecəsi Ramazanın 18-ci günündə olur. Bundan əlavə, Ramazanın 20 (3 may), 22 (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq. Həmişə Qədr gecələrində insanlar məscidlərə toplaşaraq birgə ibadətlər, dualar edirdi. Bu il yenə də pandemiya dövrü davam etdiyi üçün məscidlərdə toplaşmaq imkanı yoxdur. Bu səbəbdən insanlar Qədr gecəsini də öz evlərində, ailələri ilə keçirə, dualarını, ibadətlərini edə bilərlər”.
OXŞAR XƏBƏRLƏR
19:45
751
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
763
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1227
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
920
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
888
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
925