Bu ərazilərə yağış yağacaq, duman olacaq - PROQNOZ
Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 17-19° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək