“Bu diplom sonradan cehizə çevriləcəksə..”
“Bizim aramızda ali məktəbi qırmızı diplomla bitirənlər olub. Bu, çox böyük stimul idi. Qırmızı diplomla məzun olanlara icazə verirdilər ki, ali məktəbi bitirən kimi aspiranturaya imtahan versin”. Bunu Milli Məclisin bugünkü iclasında parlamentin sədr müavini Fəzail İbrahimli bildirib.
Vitse-spiker deyib ki, bu gün qırmızı diplomların dəyəri itib: “Bu diplom sonradan qızlar üçün cehizə, oğlanlar üçün arxivə çevriləcəksə, sual yaranır ki, tələbə niyə cəhd edib qırmızı diplom alsın? Biz ali məktəbləri qırmızı diplomla bitirənlərin əziyyətinə laqeydik. Onlara mütləq hansısa üstünlük verilməlidir. Universiteti qırmızı diplomla bitirənlər diplomda mürəkkəb qurumamış gedib hansısa iş yerində imtahan verir. Ona görə təklif edirəm ki, “Təhsil haqqında” qanuna dəyişikliklərin siyahısına qırmızı diplomla bitirən məzunlara üstünlük verilməsini də daxil edək”.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi