BŞTİ müdiri: "Vaksin olunmayan müəllimlərlə bağlı məhdudiyyətlər tətbiq oluna bilər"
"Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər".
APA TV-nin məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, direktorlar problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər:
"Əgər həqiqətən ciddi sıxlıq varsa, sıxlığın aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür. Düzdür, şənbə günü ilə bağlı müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbərləri sorğu keçirərək buna əsasən işlərini qura bilərlər. Hələ də vaksinasiyadan keçməyən təhsil işçiləri var. Vaksinasiyadan keçməyənlər tədrisə cəlb olunmur: "Bu məsələyə də məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər. Tədrisə cəlb olunmaq üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır. Əgər bir təhsil müəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin müəssisədə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub".
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış etdi
Bakıdakı tozlu havanın səbəbi nədir? – HAVA ŞƏRAİTİ KƏSKİN DƏYİŞDİ!
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib