Britaniyanın sabiq maliyyə naziri Baş nazir postu üçün namizədliyini irəli sürüb
Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının lideri postuna seçilmək üçün namizədliyini irəli sürdüyünü açıqlayıb.
APA xəbər verir ki, bu barədə Rişi Sunak "Twitter" hesabında bildirib.
"Mən Mühafizəkarlar Partiyasının növbəti lideri və sizin Baş nazir olmağa hazıram. Gəlin etimadı bərpa edək, iqtisadiyyatı bərpa edək və ölkəni birləşdirək", o bildirib.
Xatırladaq ki, Rişi Sunak Boris Conson kabinetindən ilk istefa verən nazirlərdən biridir. O, istefası ilə bağlı açıqlamasında bildirmişdi ki, ictimaiyyət haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi şəkildə idarə olunmasını gözləyir: “Mən başa düşürəm ki, bu, mənim son nazir vəzifəm ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm".
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub