Britaniyalı nazirdən erməniləri əsəbiləşdirəcək açıqlama – APA TV
Britaniya Parlamentində Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə toxunulub və Leo Dokertiyə Qarabağda 50-1000 nəfər aralığında insanın qaldığına dair sual ünvanlanıb.
Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti bildirib ki, Qarabağda baş verənlər etnik təmizləmə kimi xarakterizə oluna bilməz. Nazir Şotlandiyadan olan ermənipərəst deputatın Qarabağın erməni əhalisinin Ermənistana qayıtmasının guya “etnik təmizləmə” olması ilə bağlı ittihamları ilə razılaşmayıb.
“Xeyr, mən razı deyiləm. Amma deməliyəm ki, Xarici İşlər Nazirliyi hər iki tərəfi dialoqu bərpa etməyə çağırıb. Danışıqlar davamlı sülh üçün əsas olacaq” deyə Leo Dokerti əlavə edib.
OXŞAR XƏBƏRLƏR
20:35
436
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
466
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
446
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
19:26
1204
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1153
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1528