Braziliya Ciu-Citsusu üzrə Azərbaycan birinciliyi keçirilib
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Braziliya Ciu-Citsusu üzrə Azərbaycan birinciliyi keçirilib.
APA TV-nin xəbərinə görə, Gənclər və İdman Nazirliyinin və Braziliya Ciu-Citsusu İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov çempionatla bağlı öz təəssüratlarını bölüşərək, yarışın əsas məqsədinin dünya arenasında Azərbaycanı təmsil edəcək idmançıların seçilməsi olduğunu deyib.
Fövqəladə Hallar Nazirliyinin İdman İdarəsinin rəisi Füzuli Musayev açılış nitqində Azərbaycanda bu idman növünə marağın artaraq davam etməsindən və qısa vaxt ərzində azərbaycanlı idmançıların əldə etdiyi böyük nailiyyətlərdən danışıb, onlara gələcəkdə də uğurlar arzulayıb.
Açılış mərasimi bədii hissə ilə davam edib.
Tədbirdən sonra yarış üçün idmançılar öz güclərini sınamağa başlayıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək