“Bravo” supermarketlər şəbəkəsi Qubadlı və Xocavənddə əsgərlərə yardımlar çatdırıb
Azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
APA TV-nin xəbərinə görə, Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində növbəti dəfə Qubadlı rayonunda xidmət edən hərbi qulluqçularımıza zəruri ərzaq məhsulları göndərilib. 2399 bağlama Qubadlı rayonunda müxtəlif istiqamətlər üzrə əsgərlərə çatdırılıb.
Ərzaq yardımı Xocavənd rayonundakı hərbi qulluqçularımız üçün də göndərilib. 2700-ə yaxın bağlama fərdi qaydada onlara təqdim olunub. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq.
Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar