Bosniya və Herseqovinanın rəhbəri Azərbaycan prezidentinə başsağlığı verib
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
APA TV-nin xəbərinə görə, məktubda deyilir:
“Hörmətli Prezident Əliyev!
Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə mənim dərin başsağlığımı çatdırmağınızı Sizdən xahiş edirəm.
Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır. Ümidvaram ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq”.
OXŞAR XƏBƏRLƏR
11:43
706
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
704
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
734
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1300
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1889
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1901