Borca görə axtarışda idi, görün nəyə görə tutuldu
Cəbrayılda 21 kiloqramdan artıq narkotik vasitələr, həblər və tapança aşkar edilib.
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının rayonun Karxulu kəndində həyata keçirdiləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tural Əliyev, İlham Baxşalıyev, Elbrus Süleymanov və borca görə də axtarşıda olan Valeh Nəzərov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə, 17 kiloqram 500 qrama yaxın marixuana, 2 kiloqram 300 qram heroin, 1 kiloqram 300 qram metamfetamin və 1700 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb. Həmçinin Valeh Nəzərova məxsus 1 ədəd “TT” markalı tapança və 8 ədəd patron da aşkar edilərək götürülüb.
Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir